31 yanvar 2026-cı il saat 13.00-da “Böyükşor Avtonəqliyyat” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. Səhmdar cəmiyyətin 2025-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarının müzakirəsi və illik hesabatların təsdiqi.
2. Mənfəətin bölüşdürülməsi və dividendlərin verilməsi haqqında qərarın qəbul edilməsi.
Ümumi yığıncaq Bakı şəhəri, Böyükşor qəsəbəsi, 2062-ci məhəllədə keçiriləcəkdir.
Səhmdarlardan şəxsiyyət vəsiqələri və bank rekvizitlərinin təqdim edilməsi xahiş olunur.











