29 iyun 2023-cü il saat 10.00-da “Montin Bazar” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, gündəlikdəki məsələlərə Cəmiyyətin ləğv edilməsi haqqında, Ləğvetmə komissiyasının yaradılması haqqında, Ləğvetmə komissiyasının səlahiyyətlərinin müəyyənləşdirilməsi haqqında və digər məsələlər daxildir.
Səhmdarlar gündəlikdəki məsələlərə aid sənədlərlə tanış olmaq üçün həftənin iş günləri saat 10.00-dan 13.00-dək cəmiyyətin rəhbərinə müraciət edə bilərlər.
Əlaqə telefonu- 0556863654.
Ünvan – Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 8/9.