Bu ilin yanvar-avqust aylarında Azərbaycan xaricə 67,4 milyon ABŞ dolları dəyərində metanol (metil spirti) ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, ötən ilin 8 ayı ilə müqayisədə 2,4 milyon ABŞ dolları və ya 3,7% çoxdur.
Ötən ilin yanvar-avqust aylarında Azərbaycan 65 milyon ABŞ dolları dəyərində metanol (metil spirti) ixrac edib.