Bu ilin yanvar-avqust aylarında Azərbaycan xaricə 43,4 milyon ABŞ dolları dəyərində alma ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, ötən ilin 8 ayı ilə müqayisədə 15,1 milyon ABŞ dolları və ya 53,4% çoxdur.
Ötən ilin yanvar-avqust aylarında Azərbaycan 28,3 milyon ABŞ dolları dəyərində alma ixrac edib.