Azərbaycan Respublikası Maliyyə Nazirliyində kadr dəyişikliyi olduğu bildirilir.
Eləcə də bax: Azərbaycanda kiçik sahibkarlıq sahəsinə - 10 MİLYON DOLLAR SƏRMAYƏ YATIRILACAQ
FED.az xəbər verir ki, "Marja"nın əldə etdiyi məlumata görə, ləğv edilmiş Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin Rəisi Adil Əhmədov Maliyyə Nazirliyinin Aparat rəhbərinin vəzifələrini icra edən vəzifəsinə təyin edilmişdir.
Mehdi Qasımov isə maliyyə nazirinin müşaviri təyin edilmişdir. Mehdi Qasımov qeyd edilən ləğv edilmiş idarənin müavini vəsifəsində çalışırdı.
Qeyd edək ki, Maliyyə Nazirliyinin aparat rəhbəri Namiq Süleymanov 65 yaşının tamam olması ilə əlaqədar təqaüdə göndərilib.