Londonun tarixi bazarı “Camden Market” satışa çıxarılıb.
Eləcə də bax: Bakıda məşhur ticarət mərkəzi fəaliyyətə başladı - İLHAM ƏLİYEV İŞTİRAK ETDİ - FOTOLAR
FED.az xəbər verir ki, tarixi “Camden Market”in sahibi israilli milyarder Teddi Saqi bazarı satışa çıxarıb.
Bazarın təxminən 1,5 milyard funt-sterlinqə alıcı tapacağı gözlənilir.
Təxminən 65 min kvadratmetr sahəsi olan bazarda mindən çox mağaza, bar və kafe var. “Camden Market” Londonun ən turistik məkanlarından biridir.
İldə 28 milyon insanın ziyarət etdiyi bazarın satış baxımından çətin olacağı gözlənilir.
Saqi “Camden Market”i 2014-cü ildə satın aldıqdan sonra bazardakı bir çox müstəqil mağazalar bağlanaraq, yerini tanınmış brendlərə verib.
Teddy Saqi “Camden Market”i 2019-cu ildə satışa çıxarıb, lakin satış koronavirus səbəbindən dayandırılıb. (Azərtac)