28 dekabr 2018-ci il tarixində “Loğman” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
FED.az ASC-nin elanına istinadən xəbər verir ki, yığıncağın gündəliyinə - Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi; Cəmiyyətin müşahidə şurasının formalaşdırılması və üzvlərinin təyin edilməsi(seçilməsi); İdarə heyətinin təyin edilməsi (seçilməsi); Audit komitəsi və təftiş komissiyasının tərkibinin seçiləsi daxildir.
Yığıncaq Keşlə qəsəbəsi, Davud Aslan küçəsi 2 ünvanında keçiriləcəkdir.