27 mart 2025-ci il, saat 11.00-da “İsmayıllı Sənaye İstehsal” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsi 6 nömrəli ünvanda baş tutacaq.
İclasın gündəliyində aşağıdakı məsələlər durur:
1. Cəmiyyətin 2024-cü ilin yekunlarına aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı;
2. Digər məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Əlaqə telefonu: (055) 419 07 22