Azərbaycanda Qadın Sahibkarlarının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri və “Bakı Tekstil” fabrikinin direktoru Səkinə Babayeva, assosiasiyanın üzvləri ilə birlikdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovla görüşüb.
Eləcə də bax: Macarıstanın “Exim Bank”ı Qarabağın bərpasına - Vəsait Ayırmaq İstəyir
FED.az biznes və maliyyə xəbərləri portalı AZƏRTAC-a istinadən xəbər verir ki, AQSİA-dan verilən məlumata görə, görüşdə işğaldan azad edilmiş torpaqlarda iş yerlərinin açılması, infrastrukturun inkişafı və dayanıqlı biznes layihələri barədə geniş və səmərəli müzakirələr aparılıb.