İqtisadi sanksiyalar səbəbindən İranın ABŞ-a xalça ixracı dayanıb.
FED.az xəbər verir ki, bunu İranın Xalça Kooperativləri Birliyinin sədri Abdulla Bəhrami bildirib.
Bəhrami, "Xalça ixracatının 35%-ini ABŞ-a həyata keçirirdik. Sanksiyalar səbəbilə 6 Noyabrdan sonra bu ölkəyə ixrac etməmişik",- deyib.
ABŞ bazarını itirdiklərini bildirən Bəhrami, Rusiya, Çin və Cənubi Afrika bazarlarında aktivləşməklə azalmanın bərpa edilməsini qarşıya məqsəd qoyduqlarını qeyd edib.
Əl xalçaları İranda daha çox Təbriz, İsfahan,Qum, Kirman, Kaşan, Nain kimi şəhərlərdə istehsal olunur. Xalça İranın ən çox ixrac etdiyi məhsullardan biridir.
İran Sənaye, Mədən və Ticarət Nazirliyinin məlumatına görə, 2 milyon 500 min nəfərin çalışdığı bu sektorda, ildə 400 ton əl xalçası toxunur və bunun 80%-i dünyanın müxtəlif regionlarına ixrac edilir. ABŞ-a ixracının təxminən 120 milyon dollar olduğu bildirilir. İran Milli Xalça Mərkəzinin sədri Firişte Destpak ölkənin bu ixracdan illik təxminən 400 milyon dollar gəlir əldə etdiyini açıqlamışdı