İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) sahibkarların Fond tərəfindən təqdim edilən xidmət və məhsullar, kredit və maliyyələşmə mexanizmləri barədə məlumatlandırılması məqsədilə vebinar keçirəcəkdir.
FED.az xəbər verir ki, vebinarda sahibkarlıq subyektləri üçün nəzərdə tutulan güzəştli kreditlər, dövlət zəmanətli kredit və subsidiya dəstəyi mexanizmi, mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması, həmçinin Elektron Kredit Platforması (e-edf.gov.az) barədə ətraflı məlumat veriləcəkdir.
Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Samir Hümbətov vebinar zamanı sahibkarları maraqlandıran suallara cavab verəcəkdir. Vebinarın “Zoom” platfoması üzərindən həyata keçirilməsi nəzərdə tutulur.
Tarix: 13 mart 2021-ci il, saat 11:00
Tədbirdə iştirak etmək istəyən şəxslər müvafiq link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://www.smartsurvey.co.uk/s/ZPLHHY/
Əlaqələndirici şəxs: Gülnar Hüseyn
Tel: +994 12 310-23-01 (dax: 3439)
Email: [email protected]