Geyim ucuzlaşır, siqaret və kompüter bahalaşır – Dünya Şəhərlərində Qiymətlər
Dünya şəhərlərində həyat tərzini qiymətləndirən «Worldwide Cost of Living» hesabatı dünyada ən bahalı şəhərləri açıqlayıb.
Mərkəzi Bank: «Əhalinin istehlakçı davranışları dəyişib»
FED.az xəbər verir ki, «Economist Intelligence Unit Cost»un hazırladığı hesabata görə, dünyada qiymətlərin ən yüksək olduğu şəhərlər Sürix (İsveçrə), Paris (Fransa) və Honq-Konqdur (Çin).
İlk 10-luqda Sinqapur, Təl-Əviv, Osaka və Cenevrə də yer alıb. Bahalı şəhərlərin ilk 10-luğunda ABŞ-ın iki şəhəri – Nyu-York və Los-Ancelesin, eləcə də Kopenhagenin də adı var.
İstehlakçıların davranışları tam araşdırılmayanda - BAŞ VERƏNLƏR..
Türkiyənin İstanbul və Rusiyanın Moskva şəhərləri isə ilk 100-dən çıxıblar və müvafiq olaraq 111 və 106-cı yerləri tuturlar.
Ötən illə müqayisədə siyahıda ən çox geriləyən şəhər Reykyavikdir – 29-dan 56-cı yerə enib.
Qiymətlərin ən çox artdığı şəhər isə Tehrandır. Ötən illə müqayisədə İran paytaxtı 106-cı yerdən 79-a yüksəlib. Hesabat müəllifələri bildirir ki, bunun səbəbi İrana qarşı sanksiyaların tətbiqi olub. Nəticədə ölkəyə bir sıra malların ixracı qadağan edilib və həmin mallar bahalaşıb.
Millenial valideynlər - ailə həyatını dəyişdirirlər - İSTEHLAKÇI DAVRANIŞLARI
Sinqqapurda qiymətlərin azalması isə koronavirusa görə, şəhərdən işçi qüvvəsinin çıxıb getməsi olub.
Qeyd edək ki, WCOL indeksi dünyanın 130 şəhərində 138 mal və xidmətin qiymətini analiz etməklə hesablanır. Ümumiyyətlə, son bir ildə qiymətlər 0,3% artıb. Xüsusilə Qərbi Avropada şəhərlər bahalaşıb, səbəbi avronun məzənnəsinin yüksəlməsidir.
Ötən illə müqayisədə ən çox bahalaşan mallar tütün və siqaret (o cümlədən elektron siqaret) və istirahət xidmətləri olub. Əvəzində geyim qiymətləri aşağı düşüb.
Araşdırma göstərib ki, təchizat zəncirinin pozulması gözlənilməz malların qiymətini kəskin artırıb. Bunlar tualet kağızı və makaron məmulatlarıdır.
«Yarıboş restoranlar, alıcısız mağazalar» - «GƏNCLİK» VƏ «28 MALL» BU GÜN
Hesabatda deyilir ki, həyat tərzindəki dəyişikliklər – koronavirus səbəbindən evdə oturmaq – istehlakçıların davranışlarını dəyişib. İndi onlar indiyədək vacib saydıqları mal və xidmətlərə fərqli yanaşmağa başlayıblar.
Məsələn, miağazaların əksəriyyəti karantin zamanı bağlı olduqlarına görə, ilkin tələbat mallarının qiyməti artıb. İkinci əhəmiyyətli mallar və alıcıların daha çox həvəsə düşüb elə mağazada almağa qərar verdikləri (inpulsiv alışlar) mallar isə ucuzlaşıb.
Alıcıların vacib saydığı malların siyahısı da dəyişib. Butulkada su ilə yanaşı, yemək hazırlamaq üçün dəstlər də bahalaşıb. Belə dəstlər orta gəlirli ailələrin restoranlara getməsini əvəz edib.
Əhali iqtisadiyyata dəstək üçün - YERLİ MAL ALMAĞA RAZIDIR - ARAŞDIRMA
Təchizat zənciri ilə bağlı problemlər bəzi malların qiymətinə də təsir edib. Məsələn, bəzi şəhərlərdə kompyuterlər bahalaşıb.
Qiymət dəyişikliyi malların təqdim etmə formalarına da təsir edib. Məsələn, şəhərlərin əksəriyyətində qablaşdırılmış mallar – kofe, düyü, pendir, və portağal şirəsi bahalaşıb.
Şəhərlərin əksəriyyətində alkoqol qiymətləri yüksəlib, bağlanan barlar səbəbindən insanlar evdə içməyə üstünlük verirlər. Tütün məhsulları – siqaretlər də kəskin bahalaşanlar arasındadır. Avstraliyanın siyahıda olan hər 5 şəhərində tütünün qiymət artımı 10%-dən atıq olub.
Məişət texnikası bahalaşıb, geyimlər ucuzlaşıb
Tütünlə yanaşı, istirahət kateqoriyasına aid olan mallar və xidmətlər də bahalaşıb. Bura 4 yeməkdən ibarət olan nahar yeməyi, yumşaq cildli kitab, televizor və kompüterlər aiddir. Ümumiyyətlə, məişət texnikası bu dəfə ən çox bahalaşanlar arasındadır. Araşdırma göstərib ki, personal kompüterin qiyməti 18,7% artıb. Ən bahalı kompüğter Osakada, ən ucuzu isə Karakasdadır.
Kompyuterlərin bahalaşmasının əsas səbəbi təchizat zəncirinin pozulmasısı və əsas istehsal sahələrinin bağlanmasıdır. Məsələn, Çində koronavirusun yayıldığı Uxan şəhəri kompyuter istehsalı mərkəzi sayılır və o ilk bağlanan yaşayış məntəqəsi olmuşdu.
Bundan başqa, məsafədən işləmə dəbi noutbuklara tələbatı artırdı. ABŞ-Çin ticarət mübahisələri də ənənəvi satış zəncirini pozmaqla qiymətləri artırıb.
Geyim və ayaqqabıların qiymətində isə azalmalar var. Səbəbi onlara tələbatın azalması (əksəriyyət evdən işlədiyinə və ya evdə oturduğuna görə) və onların satıldığı mağazaların ilk növbədə bağlanmasıdır. Nəticədə bu il geyim və ayaqqabıların 9% ucuzlaşması gözlənilir. Qiymətlərin bərpası isə hələ uzun müddət çəkəcək.
2021-ci ildən nə gözləmək olar?
Hərçənd hər şey pandemiyanın gedişindən asılı olacaq, amma hesabat müəlliflərinin fikrincə, 2020-ci ildəki əsas tendensiyalar gələn il də dəvam edəcək. Dünya iqtisadiyyatı çətin ki, 2022-ci ilədək əvvəlki vəziyyətə qayıtsın. Gəlirlər və xərclər azalacaq, qiymətlər isə azalma təzyiqi altında olacaq.
İnsanların əksəriyyəti ilkin tələbat mallarına, evdəki əyləncələrə və internetə pul xərcləyəcəklər. Bahalı mallar, geyimlər və evdən kənarda istirahət sahəsində isə vəziyyət neqativdir.
Gələn il onlayn satışların həcmi artmaqda davam edəcək. Ərzaq mallarının satışında isə daha təhlükəsiz, ucuz və əlverişli qablaşmanın sahibləri irəlidə olacaqlar.