Koronavirus pamdemiyası səbəbindən bir çox iqtisadi sahələrdə aktivliyin azalması istehlakçı davranışına da öz təsirini göstərib.
Eləcə də bax: İlin əvvəlindən Mərkəzi Bank- 26 VALYUTA HƏRRACI KEÇİRİB
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı «Pul siyasəti icmalı»nda bildirilir.
İcmalda deyilir ki, 2020-ci ilin mart ayında keçirilmiş “Ev təsərrüfatlarının maliyyə davranışları və niyyətləri” sorğusunun nəticələri əsasında hesablanmış İstehlakçı İnamı İndeksi özündən əvvəlki rübə nəzərən azalıb.
Qeyd edək ki, bu göstərici müxtəlif gəlir səviyyəsinə malik ev təsərrüfatları arasında “Ailənin maliyyə vəziyyəti gözləntisi”, “Ölkənin iqtisadi vəziyyətinə dair gözlənti”, “Pul yığımı ehtimalı” və 2 2020-ci ilin yanvar-fevral ayları “İşsizlik gözləntiləri”nə dair sorğulara əsaslanır.
«Təhlillər göstərir ki, İstehlakçı İnamı İndeksinin azalması, əsasən ölkənin və ailənin maliyyə vəziyyətinə dair gözləntilərin pisləşməsi, habelə işsizlik gözləntilərinin artması ilə əlaqədar olmuşdur»-deyə icmalda bildirilir.