Azərbaycanda əhalisinin əksəriyyəti iqtisadiyyata dəstək vermək üçün yerli mal almağa hazırdır.
Eləcə də bax: İstehlak bazarında qiymətlər - AÇIQLANIB
FED.az xəbər verir ki, bu «Business İnsight» şirkətinin apardığı araşdırmada məlum olub.
Sorğudan məlum olur ki, yerli mallar üçün istənilən doğru çağırış təşəbbüsü istehlakçılar tərəfindən rəğbətlə qarşılanacaq və öz səmərəsini verəcəkdir. Çünki respondentlərə ünvanlanan bu tip suala hər 10 nəfərdən 7-si müsbət cavab verib. Xüsusilə Bakıya nisbətən regionlar, xanımlara nisbətdə kişilər, yaşlı nəslin nümayəndəlrinə nisbətdə isə gənclər bu tip çağırış təşəbbüslərini daha çox dəstəkləyir.
«İqtisadiyyatı canlandırmaq və xaricdən alış (idxal) xərclərini azaltmaq üçün yalnız yerli mallardan istifadə etmək məqsədi ilə bir kampaniya keçirilsə bu kampaniyada iştirak edərsinizmi?» sualına respondentlərin 70%-i «bəli», 20%-i «xeyr» cavabını verib.
8-15 may tarixlərində Azərbaycanın 8 bölgəsində keçirilən sorğuda 1702 respondent iştirak edib.
İştirakçıların 51,5%-i kişi, 48,5%-i qadın olub. Sorğu bütün yaş qruplarını əhatə edib.