Bu ilin yanvar-mart aylarında Azərbaycan 43 milyon ABŞ dolları dəyərində fındıq ixrac edib.
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin 3 ayı ilə müqayisədə 11,4 milyon ABŞ dolları və yaxud 36,1 çoxdur.
Ötən ilin yanvar-mart aylarında Azərbaycan 31,6 milyon ABŞ dolları dəyərində fındıq ixrac edib.
Təkcə martda isə Azərbaycan 15,1 milyon ABŞ dolları dəyərində fındıq ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 5,9 milyon manat və ya 64,1% çoxdur.
Ötən ilin mart ayında 9,2 milyon manat fındıq ixrac edilmişdi.