Bu ilin yanvar-mart aylarında Azərbaycan 44,6 milyon ABŞ dolları dəyərində tomat ixrac edib.
FED xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin ayı ilə müqayisədə 0,4 milyon ABŞ dolları və yaxud 0,9 % azdır.
Ötən ilin yanvar-mart aylarında Azərbaycan 44,6 milyon ABŞ dolları dəyərində tomat ixrac edib.
Təkcə mart ayında 17,8 milyon dəyərində tomat ixrac olunub ki, bu da il ərzində 2,8 milyon dollar və ya 18,7% çoxdur.
Ötən ilin mart ayında isə 15 milyon dollarlıq pomidor ixrac edilmişdi.