Eynar Allahverdiyev "Caspian Energy Slovakia"ın sədri vəzifəsinə təyin olunub
FED.az xəbər verir ki, bu barədə "Caspian Energy Club"un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.
Emil İsgəndərov "Caspian Energy UAE"ın sədri vəzifəsinə - TƏYİN OLUNUB
Onun sözlərinə görə, "Caspian Energy Slovakia” Eynar Allahverdiyevin rəhbərliyi altında Slovakiya ərazisində "Caspian Energy Club"un maraqlarını təmsil edəcək və layihələrini idarə edəcək. Bunların sırasında beynəlxalq “Caspian Energy Forum Slovakia”, “Caspian Energy Award Slovakia”, “Brand Award Slovakia” və həmçinin Slovakiyanın bütün regionlarında B2G və B2B forumlar, CEO Breakfast və CEO Lunchlar, biznes-turlar və dairəvi masalar təşkil edəcək.
Eynar Allahverdiyev ona göstərilən yüksək etimada görə "Caspian Energy Club"ın Ali Rəhbərliyinə minnətdarlığını bildirib. O, Azərbaycan və Slovakiya sahibkarları arasında netvorkinqi genişləndirilməsində, ticari-iqtisadi əlaqələrin inkişafında, aktiv iştirak edib və əlindən gələni edəcəyini vurğulayıb.
Allahverdiyev Eynar Səlimxan oğlu 02 sentyabr 1988-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuşdur. Orta təhsilini Baku Oxford School da almış. 2005-2007-ci illərdə təhsilini England Cambridge Bellerbys Kollecində davam etdirmişdir. İlk ali təhsilini 2006-2009-cu illərdə Dubai Heriot Watt Universitetində almış. İkinci ali təhsilini 2009-2010-cu illərdə American Graduate School of Business Switzerland Business Management ixtisası üzrə almışdır. 2012-ci ildən hal-hazırki müddətədək Polşa, Avstraliya və Slovakiyada kommersiya, logistika, qastronomiya istiqamətində şəxsi bizneslə məşğuldur.
Sıralarında dünyanın 50 ölkəsindən 5 000 artıq şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialogunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gurcustan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.