Dünyanın ən varlı adamları son ticarət günündə 24 milyard dollara yaxın vəsait itiriblər.
Çinin "DeepSeek" tətbiqi "AppStore" reytinqlərinə liderlik edir
FED.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Belə ki, bazarlar texnologiya və lüks sektorlardakı indekslərin azalmasına reaksiya verib.
Nəticədə LVMH şirkətlər qrupunun sahibi Bernard Arno 9,3 milyard, “Nvidia”nın baş direktoru Censen Huan 6,3 milyard, “Tesla” və “SpaceX” sahibi İlon Mask 3,8 milyard, Larri Ellison (Oracle) 2,3 milyard və Fransuaza Betancour-Meyer (L'Oréal) 2,2 milyard dollar itiriblər.
Enişin əsas səbəbi süni intellekt və premium brendlərlə əlaqəli şirkətlərin səhmlərinin kəskin azalması olub. “Forbes” qeyd edir ki, dövlət aktivləri üzrə hesablamalar hər beş dəqiqədən bir, özəl şirkətlər üçün isə gündə bir dəfə yenilənir.(Report)