2022-c ildə Bratinyada gündə 47 mağaza fəaliyyətini dayandırıb. Ötən il Britaniyanın pərakəndə satış sektoru üçün ağır keçib, ölkədə gündə 47 mağaza bağlanıb.
Britaniyada şirkətlər bazar manipulyasiyasına görə - 730 MİN DOLLAR CƏRİMƏLƏNİB
FED.az xəbər verir ki, bu barədə «Business Live» pərakəndə ticarət sektorunda aparılan tədqiqatın nəticələrinə əsasən məlumat yayıb.
Araşdırmaya görə, 2022-ci ildə ölkədə 17 145 mağaza bağlanıb ki, bu da əvvəlki ilin göstəricisi ilə müqayisədə 50% artıqdır. Belə ki, 2021-də bağlanan mağazaların sayı 11 449 olub. 2022-ci ildə bağlanan mağazalardan 5500-i müflis olub, 11 600-ü isə ticarət şəbəkələrinin xərclərini azaltması barədə qərarları nəticəsində bağlanıb.
Pərakəndə ticarət üzrə araşdırmalar mərkəzinin direktoru, professor Coşua Bemfild bildirib ki, pərakəndə ticarət şəbəkələri xərclərini azalmaqdadırlar və bu tendensiya böyük ehtimalla 2023-cü ildə də davam edəcək. Onun fikrincə, müflis olanlar arasında bazardakı iri oyunçular da olacaq.