Paytaxtın tanınmış ticarət obyektələrindən olan «Nəsimi Bazarı» ASC son iki ili zərərlə başa vurub.
FED.az ASC-nin hesabatına istinadən xəbər verir ki, 2019-cu ildə bazarın gəlirləri 130 653 manat (əvvəlki illə müqayismədə 27% az), satışın maya dəyəri isə 106 888 manat (29% az) təşkil edib.
Bu dövrdə «Nəsimi Bazar»ın inzibati xərcləri 94 329 manat (6,6% artıb), digər xərcləri 5 612 manat (3,4 dəfə azalıb) olub.
Nəticədə şirkət 2019-cu ili 76 176 manat zərərlə başa vurub. Xatırladaq ki, «Nəsimi Bazar» ötən il də 66 426 manati zərər etmişdi.
2019-cu ildə şirkətin digər göstəriciləri demək oldar dəyişməyib – aktivlər 6,7% artaraq 813,6 min manat olub.
Cəmi kapital 740,6 min manat (dəyişməyib), öhdəlikləri isə 3,6 dəfə artaraq 73 min manata çatıb.