“Bakı Elektroavtomat” ASC-nin dövlətə külli miqdarda vergi borcu var.
FED.az bu barədə Dövlət Vergi Xidmətinin bazasındakı 12 noyabr 2025-ci il tarixinə olan məlumata istinadən xəbər verir.
Məlumata görə şirkətin hazırki vergi borcu 580 min manat 460,86 manat təşkil edir.
Xatırladaq ki, 17 iyun 2004-ci ildə dövlət qeydiyatına alınmış bu şirkətin 1 milyon 255 min 478 manat nizamnamə kapitalı var.
Qanuni təmsilçisi Nəcəfov Mürvət Məmməd oğludur. Hüquqi ünvanı AZ1045, Bakı şəhəri Xəzər rayonu, Binə ŞTQ, Binə qəsəbəsi ünvandır.













