“Bakı Elektroavtomat” ASC-nin dövlətə külli miqdarda vergi borcu var.
FED.az bu barədə Dövlət Vergi Xidmətinin bazasındakı 04 yanvar 2026-ci il tarixinə olan məlumata istinadən xəbər verir.
Məlumata görə şirkətin hazırki vergi borcu 441 min manat 674,7 manat təşkil edir.
Xatırladaq ki, 17 iyun 2004-ci ildə dövlət qeydiyatına alınmış bu şirkətin 1 milyon 255 min 478 manat nizamnamə kapitalı var.
Qanuni təmsilçisi Nəcəfov Mürvət Məmməd oğludur. Hüquqi ünvanı AZ1045, Bakı şəhəri Xəzər rayonu, Binə ŞTQ, Binə qəsəbəsidir.











