31 mart 2026-c; il saat 11.00-da “Bakelektromaşın” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. ASCnin idarəetmə orqanlarının yeni tərkibinin seçilməsi
2. “Bakelektromaşın” ASCnin 2025ci il üzrə maliyyətəsərrüfat fəaliyyətinin nəticələrinə aid hesabatın dinlənilməsi və müzakirəsi
3. ASCnin əmlakının bölünməsi ilə bağlı aparılmış hazırlıq işləri, ilkin qiymətləndirmələr və mümkün variantlar barədə məlumatın dinlənilməsi, məsələnin əlavə araşdırılması məqsədilə növbəti ümumi yığıncağın gündəliyinə çıxarılması barədə qərar layihəsinin müzakirəsi
4. Digər məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.
Əlaqə telefonu: (077) 270-99-28 .
Ünvan: Bakı şəhəri, Xəzər rayonu, Qala ŞTQ, Qala stansiyası











