Bu ilin yanvar-avqust aylarında Azərbaycan xaricə 39,7 milyon ABŞ dolları dəyərində çiyələk ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, ötən ilin 8 ayı ilə müqayisədə 13,4 milyon ABŞ dolları və ya 51,0% çoxdur.
Ötən ilin yanvar-avqust aylarında Azərbaycan 26,3 milyon ABŞ dolları dəyərində çiyələk ixrac edib.