Bu ilin yanvar-avqust aylarında Azərbaycan xaricə 98,7 milyon ABŞ dolları dəyərində şaftalı ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, ötən ilin 8 ayı ilə müqayisədə 37,6 milyon ABŞ dolları və ya 61,5% çoxdur.
Ötən ilin yanvar-avqust aylarında Azərbaycan 61,1 milyon ABŞ dolları dəyərində şaftalı ixrac edib.
Təkcə avqust ayında 33 milyon dollarlıq şaftalı ixrac olunub ki, bu da illik 10,3 milyon dollar (45,4%) çoxdur.
Ötən ilin avqust ayında Azərbaycandan xarici ölkələrə 22,7 milyon ABŞ dolları dəyərində şaftalı ixrac edilib.