Bu ilin yanvar-avqust aylarında Azərbaycan xaricə 114,8 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, ötən ilin 8 ayı ilə müqayisədə 36,1 milyon ABŞ dolları və ya 45,9% çoxdur.
Ötən ilin yanvar-avqust aylarında Azərbaycan 78,7 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.
Təkcə avqust ayında 14,6 milyon dollarlıq karbamid ixrac olunub ki, bu da illik 2,1 milyon dollar (12,6%) azdır.
Ötən ilin avqust ayında Azərbaycandan xarici ölkələrə 16,7 milyon ABŞ dolları dəyərində karbamid ixrac edilib.