28 noyabr 2025-ci il tarixdə saat 11-00 da “Kürdəmir – Pambıq” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirələcək.
FED.az xəbər verir ki, yığıncaq Kürdəmir rayonu, Kürdəmir şəhəri, Sabir küçəsi, ev 12 ünvanında yerləşən inzibati binasında baş tutacaq.
Yığıncağın gündəliyi:
1. Səhmdarların cəmiyyətdən ayrılması barədə və yeni hüquqi şəxsin yaradılması.
2. Səhmdar cəmiyyətin nizamnamə kapitalının azaldılması və yeni nizamnamələrin təsdiqi.
3. İcra orqanlarının formalaşdırılması.
4. Yeni yaranmış MMC-nin nizamnaməsinin, bölünmə balanslarının və təhvil aktlarının təsdiqi.
5. Dəyişikliklərlə əlaqədar sənədlərin hazırlanması, imzalanması və bütün bu işlərlə bağlı səlahiyyətli şəxslərin təyin edilməsi.
6. Digər məsələlər.