“Qax-Konserv” Açıq Səhmdar Cəmiyyətinin (4300031831) səhmdarlarının növbəti ümumi yığıncağı 5.02.2026-cı il tarixdə, saat 10-00-da keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Zaqatala şəhəri, Evim Otel konfrans zalı ünvanında olacaq.
Yığıncağın gündəliyinə aşağıdakı məsələr daxildir:
1. Cəmiyyətin İdarə heyətinin sədrinin hesabatı;
2. 2024-ci il üzrə maliyyə nəticələrinin müzakirəsi və təsdiq edilməsi;
3. Direktorlar (Müşahidə) Şurasının formalaşdırılması;
4. İcra orqanının formalaşdırılması;
5. Dövlət orqanlarında sənədlərin qeydiyyata alınması ilə bağlı səlahiyyətli şəxsin təyin olunması;
6. Digər məsələlər.
Əlaqə telefonu: 050 282-33-00











