2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycandan xarici ölkələrə 14,2 milyon dollar dəyərində kərə yağı ixrac edilib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 milyon dollar 14,5% artıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında 12,4 milyon dollar dəyərində kərə yağı ixrac edilib.