Bu ilin yanvar-aprel aylarında Azərbaycan xaricə 36,4 milyon ABŞ dolları dəyərində methanol ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın may sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin 4 ayı ilə müqayisədə 7,2 milyon ABŞ dolları və ya 24,7% çoxdur.
Ötən ilin yanvar-aprel aylarında Azərbaycan 29,2 milyon ABŞ dolları dəyərində metanol ixrac edib.
Təkcə aprel ayında 8,1 milyon dollarlıq metanol ixrac olunub ki, bu da illik 1,7 milyon dollar (26,6%) çoxdur.
Ötən ilin aprel ayında Azərbaycandan xarici ölkələrə 6,4 milyon ABŞ dolları dəyərində metanol ixrac edib.