Bu ilin oktyabrın 1-nə Azərbaycanda təyin edilmiş pensiyaların orta məbləği 537 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə ən yüksək orta məbləğ 735 manatla paytaxt Bakının payına düşür.
Bakıdan sonra bütün digər şəhər və rayona orta məbləğ 400 manatdan yuxarıdır. 4 rayonda isə bu göstərici 450 manatdan yüksəkdir, Belə ki, Zəngilanda bu məbləğ 459 manat, Şirvanda Zəngilanda 458, Siyəzən və Sumqayıtda 451 manat olub.
Daha 4 aryonda bu məbləğ 440 manatdan yüksəkdir.
Bura Şuşada (448 manat), Abşeron (444 manat), Zərdab (443 manat) və Gəncə şəhəri (442 manat) daxildir
Ən aşağı məbləğ Xocalı (403 manat) və Balakən (406 manat) rayonları daxildir.