İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı ilin yanvar sayını təqdim edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, icmala əsasən ötən ilin on iki ayında Rusiya Federasiyasına 1,2 milyard ABŞ dolları, Türkiyəyə 597,3 milyon ABŞ dolları, Gürcüstana 347,9 milyon ABŞ dolları, İsveçrəyə 347,8 milyon ABŞ dolları, Ukraynaya isə 201 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2025-ci ilin dekabr ayında Rusiya Federasiyasına 96,3 milyon ABŞ dolları, Türkiyəyə 51,2 milyon ABŞ dolları, Gürcüstana 41,4 milyon ABŞ dolları, İsveçrəyə 32,9 milyon ABŞ dolları, Ukraynaya isə 10,8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.













