20285-ci ildə Azərbaycan xaricə 326,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edərək qeyri-neft məhsulları arasında lider olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, əvəlki illə 114,4 milyon ABŞ dolları və ya 54% çoxdur.
Xatırladq ki, 2024-cü ildə Azərbaycan 211,8 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.
Təkcə dekabr ayında 29,2 milyon dollarlıq qızıl ixrac olunub ki, bu da illik 4 milyon dollar (15,9%) çoxdur.
Əvvəlki ilin dekabr ayında Azərbaycandan xarici ölkələrə 25,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib.











