30 iyun 2025-ci il tarixində saat 11:00-da İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ünvanında "İmişli Dəmir Beton" Açıq Səhmdar Cəmiyyətinin inzibati binasında səhmdarların illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. 2024-cü ilin yekunu üzrə təftiş komissiyası hesabatının təsdiq edilməsi haqqında.
2. 2024-cü ilin mühasibat balansı və illik hesabatının təsdiq edilməsi haqqında.
3. 2024-cü ilin mənfəət və zərər hesabatının təsdiq edilməsi, zərərin bölüşdürülməsi haqqında.
4. Müşahidə şurasının Sədrinin, üzvlərinin seçilməsi və onların səlahiyyət müddətlərinin təsdiq edilməsi haqqında.
5. Təftiş komissiyasının Sədrinin, üzvlərinin seçilməsi və onların səlahiyyət müddətlərinin təsdiq edilməsi haqqında.
Yığıncağın gündəliyi üzrə materiallarla tanış olmaq üçün səhmdarlar bildirişdə göstərilən ünvana müraciət edə bilər-lər. Müraciət olunduğu halda həmin materiallarla tanış ol-maq üçün onlara lazımi şəraitin yaradılması təmin ediləcək-dir.
İllik ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.
Əlaqə telefonu: (050) 543-93-15