25 iyun 2025-ci il tarixdə, saat 11:00-da "Bakı Dəmir Beton-8" ASC-nin səhmdarlarının ümumi yığıncağının iclası keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq cəmiyyətin yerləşdiyi AZ1108, Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi, 11/33 ünvanında baş tutacaq.
Səhmdarların ümumi yığıncağının gündəliyi:
1. "Bakı Dəmir Beton-8" ASC-nin illik hesabatının, maliyyə hesabatının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi.
2. "Bakı Dəmir Beton-8" ASC-nin fəaliyyətinin müvəqqəti dayandırılması. Cəmiyyətin fəaliyyətinin müvəqqəti dayandırılması barədə arayışın Dövlət Vergi Xidmətinə təqdim edilməsi.
3. "Bakı Dəmir Beton-8" ASC-nin fəaliyyətinin müvəqqəti dayandırılması ilə əlaqədar olaraq cəmiyyətin bütün İşçiləri ilə olan əmək müqavilələrinə xitam verilməsi, cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) təftiş komissiyasının (müfəttişinin) icra orqanının (direktorunun) səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla cəmiyyətin yerləşdiyi inzibati binasında tanış ola bilərlər.
Qeyd edək ki, "Bakı Dəmir-Beton 8” ASC 18 yanvar 2001-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 959 min 664 manatdır. Qanuni təmsilçisi Dadaşov Kəmaləddin Nağı oğludur.