16.04.2026-cı il tarixində saat 11:00-da Goranboy rayonu, Qızılhacılı qəsəbəsində “Goranboy Aqrtotexservis” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı cəmiyyətin inzibati binasında keçiriləcəkdir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, iclasın gündəliyində aşağıdakı məsələlər durur:
1. Cəmiyyətin tək başçı icra orqanının (baş direktorun) seçilməsi;
2. Cəmiyyətin 2025-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair illik hesabatlarının müzakirəsi və təsdiqi.
Ümumi yığıncağın gündəliyi üzrə materiallarla cəmiyyətin Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yerləşən inzibati binasında tanış olmaq mümkündür.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Əlaqə telefonu: (050) 202 32 79












