Yaxın vaxtlardan etibarən Azərbaycanda şirkətlərin alqı-satqısında maraqlı və sərt qaydalar quvvəyə minəcək.
FED.az xəbər verir ki, bu, Mülki Məcəlləyə gözlənilən dəyişikliklərdə nəzərdə tutulur. Yeniliklərə görə, şirkətin səhmdarları öz səhmlərini satarkən ilk növbədə bunu mövcud səhmdarlara təklif etməl olacaqlar. Yalnız onların təklifə razılaşmadığı təqdirdə səhm digər alıcılara satıla bilər. İndiyədək isə bu qayda yalnız qapalı səhmdar cəmiyyətlərdə işləyirdi, Açıq Səhmdar Cəmiyyətlərdə səhmdarların azadlığı vardı.
Bundan başqa, şirkətdən pay almaq prosesi də dəyişir. Belə ki, bundan sonra alıcı tərəf şirətin səhmini istədiyi səhmdardan deyil, ən yaxşı qiymət təklif edən səhmdardan almalı olacaq. Dəyişikliyə görə, səhmdar cəmiyyətinin 50 faiz iştirak payını alan potensial alıcı digər səhmdarlara tender elan etməlidir. Tenderdə ən yaxşı təklifi kim verərsə, alıcı məhz həmin səhmdarın səhmlərini almalı olacaq.