FED.az xəbər verir ki, işəgötürənlər həm onlar üçün müvafiq peşələrə (ixtisaslara) malik kadrların hazırlanması, həm də işçilərinin peşə (ixtisas) bilik və bacarıqlarının artırılması məqsədilə Dövlət Məşğulluq Xidmətinin peşə hazırlığı üzrə xidmətlərindən faydalana, Xidmət tərəfindən aşağıdakı peşələr üzrə peşə hazırlığı kurslarının təşkilində bu qurumla əməkdaşlıq edə bilərlər:
Sıra sayı | Peşənin adı | Peşə hazırlığı kursunun müddəti |
1 | bənna | 2,5 ay |
2 | dərzi | 3 ay |
3 | dülgər | 2,5 ay |
4 | əl ilə qaynaqda elektrik qaynaqçısı | 3 ay |
5 | əməliyyatçı mühasib | 2,5 ay |
6 | ərzaq mallarının satıcısı | 2 ay |
7 | frezerçi | 3 ay |
8 | ikinci dairə üzrə elektrik quraşdırıcısı | 2,5 ay |
9 | inşaat rəngsazı | 2,5 ay |
10 | katib-makinaçı | 2,5 ay |
11 | qaz qaynaqçısı | 3 ay |
12 | sanitar-texniki düyün və detalların hazırlanması üzrə çilingər | 3 ay |
13 | suvaqçı | 2 ay |
14 | tornaçı | 3 ay |
15 | üzləyici-tava döşəyən | 2,5 ay |
16 | Arıçı | 3 ay |
17 | Aşpaz (Azərbaycan kulinariyası) | 3 ay |
18 | aşpaz | 3 ay |
19 | AutoCad (Arxitektura dizaynının əsasları) | 3 ay |
20 | Baş aşpaz | 3 ay |
21 | Bənna | 3 ay |
22 | Çilingər-yığıcı (metal emalı) | 3 ay |
23 | Dağ turist marşrutları üzrə bələdçi | 3 ay |
24 | Daş düzən (yollara) | 3 ay |
25 | Dəmiryol montyoru | 3 ay |
26 | Ekskursiya bələdçisi | 3 ay |
27 | Kişi bərbəri | 3 ay |
28 | Laminat döşəyən | 3 ay |
29 | Manikürçü | 3 ay |
30 | Ofisiant (banket və ziyafətlər üçün) | 3 ay |
31 | Ofisiant | 3 ay |
32 | Otel xadiməsi (təmizlik işləri) | 3 ay |
33 | Parket döşəyən | 3 ay |
34 | Qənnadçı | 3 ay |
35 | Quşçu | 3 ay |
36 | Quru inşaat işləri ustası | 3 ay |
37 | Şirniyyatçı | 3 ay |
38 | Taxtapuşçu (dammazçı) | 3 ay |
39 | Tərəvəzçi (intensiv tərəvəzçilik) | 3 ay |
40 | Traktorçu-maşinist | 3 ay |
41 | Traktorçu-meliorator | 3 ay |
42 | Üzümçü | 3 ay |
43 | Veb-səhifə dizaynının əsasları | 3 ay |
44 | Vektor qrafik dizaynın əsasları (Corel Draw) | 3 ay |
45 | Verilənlər bazası operatoru (Ms Access) | 3 ay |
46 | Vizajist | 3 ay |
47 | “Yaşıl turizm” təşkilatçısı | 3 ay |
48 | Alüminium və plastik materiallardan məmulatların yığıcı çilingəri | 3 ay |
49 | Arxivçi | 3 ay |
50 | Çamaşırçı | 3 ay |
51 | Elektron ticarətçi | 3 ay |
52 | Kansyerj | 3 ay |
53 | Mebel quraşdırıcısı | 3 ay |
54 | Mehmanxana qapıcısı (belman) | 3 ay |
55 | Qeydiyyatçı (mehmanxanada) | 3 ay |
56 | Sahibkar (kiçik sahibkarlıq fəaliyyəti) | 3 ay |
57 | Traktorçu-əkinçi | 3 ay |
58 | Traktorçu-kombaynçı | 3 ay |
Qeyd edək ki, işsiz şəxslərin peşə hazırlığı İşsizlikdən sığorta fondunun vəsaiti hesabına maliyyələşdirilir. Kurslar üçtərəfli (Xidmət, təhsil müəssisəsi, müdavimlər) və ya dördtərəfli (Xidmət, təhsil müəssisəsi, müdavimlər, işəgötürənlər) müqavilələr əsasında həyata keçirilir. İşəgötürənlər əməkdaşlıq etmək üçün Xidmətə müraciət (əlaqə telefonu 596 74 36; əlaqələndirici şəxs Rəşad Əsgərli, e-mail: [email protected]) edə bilərlər