Azərbaycanın iqtisadi cəhətdən son bir il ərzində ən çox inkişaf edən və geriləyən rayonları məlum olub.
FED.az xəbər verir ki, artım tempi ən kəskin olan rayonlar işğaldan azad edilmiş Xocalı, Laçın və Kəlbəcər rayonlarında olub. Bu rayonlarda müvafiq olaraq illik müqayisədə 14,6 dəfə, 5 dəfə və 2,1 dəfə artım qeydə alınıb.
Daşkəsən rayonu 92%-lik artımla dördüncü, Qubadlı rayonu isə 61%-lə beşinci olub.
Xankəndi və Ağdərə hələlik siyahıda yer almayıb.
Siyahının ən son pilləsində 32% azalma ilə Xocavənd rayonu qərarlaşıb.