"Vega İnvestment" MMC (VÖEN 1507322731) 06 noyabr 2025-сi il tarixdən nizamnamə kapitalının 17 miylon manatdan 17 min manata azaldıldığını elan edir.
FED.az xəbər verir ki, kreditorlar 1 ay ərzində öz tələblərini AZ 1072, Bakı şəhəri, Koroğlu Rəhimov küçəsi, ev 17, m. 83 ünvanına bildirə bilərlər.
Bu da ümumi nizamnamə kapitalının min dəfə azaldılaması deməkdir.
Xatırladaq ki, "Vega İnvestment" bu ilin 20 avqustunda yaradılıb. Onun qanuni təmsilçisi isə Məmmədəli Yaşar oğlu Hüseynovdur.













