2024-cü il aprel ayının 28-də saat 14-00-da “Göyçay-çörək” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Göyçay rayonu, Göyçay şəhəri, Natəvan küçəsi 4 (inzibatı bina) ünvanında baş tutacaq.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1.Cəmiyyətin ləğv edilməsi ilə əlaqədar görülən işlər haqqında Ləğvetmə komissiyasının hesabatı. Ləğvetmə balansının təsdiqi.
2. Cəmiyyətin AZ1001010631 nömrəsi ilə dövlət qeydiyyatına alınmış 242233 ədəd adi, sənədsiz, adlı səhminin dövriyyədən çıxarılması.
3.Cəmiyyətin qalıq əmlakının iştirakçılar arasında bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatın təsdiqi.
4.Qalıq əmlakın iştirakçılar arasında bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabata uyğun olaraq Cəmiyyətin əmlakının iştirakçıların payına mütənasib şəkildə bölünməsi, bölünən əmlakın natura və ya pul formasında ödənilməsi qaydasının, təhvil-təslim aktlarının təsdiqi.
5. Ləğvetmə komissiyasının sədrinə səlahiyyətlərin verilməsi.
6.Digər məsələlər.
Yığıncağın gündəliyinə dair sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür.
Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil edilmiş nümayəndələr notarial təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.