“Xətai Çörək” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 26 aprel 2024-cü il saat 15.00-da keçiriləcək.
FED.az xəbərverir ki, toplantı yerinin əlverişsiz şəraitdə olduğunu nəzərə alaraq, yığıncaq onlayn qaydada olacaq.
İclasa qoşulma qaydası yığıncaq iştirakçılarına göndərilən bildirişlərdə qeyd ediləcəkdir.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1.2023-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyəti haqqında icra orqanının hesabatı.
2. Cəmiyyətin müşahidə şurasının üzvlərinin və sədrinin seçilməsi.
3. Cəmiyyətin idarə heyətinin üzvlərinin seçilməsi.
4. Cəmiyyətin təftiş komissiyasının yaradılması.
Əlaqə telefonu ( +994) 50 268-45-59.