18 aprel 2025-ci il saat 14.00-da “Gözəllik” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, iclasın gündəliyində aşağıdakı məsələlər daxildir:
1. 2024-cü ilin hesabatı və maliyyə hesabatlarının təsdiq edilməsi.
2. Cəmiyyətin ləğv edilməsi.
3. Ləğvetmə komissiyasının yaradılması.
4. Ləğvetmə komissiyasının səlahiyyətlərinin müəyyənləşdirilməsi.
5. Cəmiyyətin müşahidə şurasının və icra orqanının səlahiyyətlərinə xitam verilməsi.
6. Digər məsələlər.
Ümumi yığıncaq Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsi 130 ünvanında baş tutacaq.
Səhmdarlar gündəlikdəki məsələlərə aid sənədlərlə tanış olmaq üçün hər həftənin iş günləri saat 10.00-dan 13.00-dək cəmiyyətin icra orqanının rəhbərinə müraciət edə bilərlər.
Əlaqə nömrəsi: +994 70-306-66-98