“Sabunçu Bazarı” ASC öz səhmdarlarını 2025-ci il oktyabrın 28-də saat 14:00-da keçiriləcək növbədənkənar ümumi yığıncağa dəvət edir.
FED.az xəbər verir ki, yığıncağın Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Cavad küçəsi 4 nömrəli ünvanda yerləşən inzibati binasında keçirilməsi nəzərədə tutulur.
Növbədənkənar ümumi yığıncağın gündəliyi:
1. “Sabunçu Bazarı” ASC-nin əsas səhmdarının vəfatından sonra onun paylarının qanuni varisi qismində həyat yoldaşına keçməsinin təsdiqi.
2. “Sabunçu Bazarı” ASC-nin müşahidə şurasının üzvlərinin seçilməsi. Səhmdarlar növbədənkənar ümumi yığıncağın gündəliyinin materialları ilə iş günləri saat 10:00-dan 17:00-dək, səhmdar cəmiyyətin Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Cavad küçəsi 4 nömrəli ünvanda yerləşən inzibati binasında, səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.
Əlaqə nömrəsi: 051-491-91-61