2021-ci ilin yanvar-sentyabr ayları ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 5.5 faiz artaraq 2021-ci il oktyabrın 1-i vəziyyətinə 163979 olmuşdur.
Eləcə də bax: Azərbaycanda şirkətlər qrupu - Ləğv Edildi
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, 2020-ci ildə 8 918 statistik vahid (kommersiya təşkilatı) yaradılıb, 374 vahid isə ləğv edilib.
Bu ilin 9 ayında 636 xarici müəssisə (100% xarici investisiyalı) yaradılıb, 35-i isə ləğv edilib.
2021-ci ilin yanvar-sentyabr ayları ərzində ləğv edilmiş statistik vahidlərin 28.3 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 16.3 faizi “Dövlət idarəetməsi və müdafiə; sosial təminat”, 12.3 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 9.4 faizi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, 5.9 faizi “Peşə, elmi və texniki fəaliyyət” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.