Xarici şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ləğv edildi.
Eləcə də bax: Azərbaycanda eyni şəxsə məxsus 5 şirkət - Ləğv Olunur
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Şevron Azərbaycan Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini AZ1095 Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 11, mənzil 28, 29, 30 ünvanına bildirə bilərlər.
Bildirək ki, “Şevron Azərbaycan Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin qanuni təmsilçisi Christopher Marc-Alan Payne-dir.