2025-ci ilin yanvar-may aylarında Azərbaycandan 22 milyon 613 min dollar dəyərində 350 min 410 ton sement və klinker ixrac olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 6 milyon 367 min dollar və ya 39,2%, miqdar ifadəsilə isə 82 min 820 ton, başqa sözlə 30,9% artıb.
2024-cü ildə isə Azərbaycandan 16 milyon 247 min dollar dəyərində 267 min 590 ton sement ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi sementin 1 tonunun orta ixrac qiyməti 64,5 dollar (109,7 manat) olub. Xatırladaq ki, 2024-cü ilin eyni dövründə bu rəqəm 60,7 dollar (103,2 manat) idi. Bu da illik müqayisədə 3,8 dollar və ya 6,3% artım deməkdir.
Bu il ümumi ixracın 0,21%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 1,61%-i sementin payına düşüb.