2025-ci ilin yanvar-may aylarında Azərbaycandan 47 milyon 370 min dollar dəyərində 170 min 966 ton metanol (metil spirti) ixrac olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, metanol ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 9 milyon 579 min dollar və ya 25,3% artıb, miqdar ifadəsilə isə 19 min 963 ton, başqa sözlə 10,5% azalıb.
2024-cü ildə isə Azərbaycandan 37 milyon 791 min dollar dəyərində 190 min 929 ton metanol ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi metanolun 1 tonunun orta ixrac qiyməti 277,1 dollar (471,1 manat) olub. Xatırladaq ki, 2024-cü ilin eyni dövründə bu rəqəm 197,9 dollar (336,5 manat) idi. Bu da illik müqayisədə 79,2 dollar və ya 40% artım deməkdir.
Bu il ümumi ixracın 0,43%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 3,37%-i metanolun payına düşüb.