22 aprel 2025-ci il saat 11:00-da "Avtomatikaquraşdırma" ASC səhmdarların növbəti ümumi yığıncağı keçiriləcək.
Yığıncaq Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Xarici dairəvi küçəsi, 3121-ci məhəllədə "Avtomatikaquraşdırma" ASC-nin inzibati binasında keçiriləcək.
FED.az xəbər verir ki, yığıncağın gündəliyində aşağıdakı məsələr durur:
1. "Avtomatikaquraşdırma" ASC-nin müşahidə şurası üzvlərinin seçilməsi
2. "Avtomatikaquraşdırma" ASC-nin maliyyə-təftiş komissiyası üzvlərinin seçilməsi
3. "Avtomatikaquraşdırma" ASC-nin 2024-cü il maliyyə-təsərrüfat fəaliyyətinin təhlili
4. Digər məsələlər.
5. Səhmdarlardan Bank rekvizitlərini təqdim etmələri xahiş olunur.