Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “AzİnTelecom” MMC Ukraynanın aparıcı mobil operatoru “Vodafone Ukrayna” şirkətini ala bilər.
Eləcə də bax:Azərbaycanlı milyarder dünyanın ən varlıları arasında - 59-CU YERDƏDİR
“İnterfaks” agentliyi xəbər verir ki, hazırda tərəflər arasında bununla bağlı danışıqlar gedir.
Sövdələşmə baş tutsa, onun dəyəri azı 700 milyon ABŞ dolları olacaq. Bununla belə, ekspertlər bu rəqəmin 1,2-1,3 milyard dollara qədər arta biləcəyi qənaətindədir.
“Vodafone Ukraine” 19,7 milyon abunəçiyə xidmət göstərir. “AzInTelecom”a gəlincə isə, bu şirkət 2015-ci ilin iyun ayında yaradılıb və "Azercell Telecom” MMC-də 51,3%-lik pay sahibidir. Şirkət bu payı 2018-ci ildə 222 milyon avroya əldə edib.